İdman

Tez-tez edilən idman səhvləri

151Baxış

Xüsusilə, yeni başlayanlara ağır idman hərəkətləri faydadan çox, zərərlidir. Əzələ yırtıqları, zədələnməsi kimi problemlər yarada bilir. Bu problemlərlə qarşılaşmamaq üçün sizə tez-tez edilən idman səhvlərindən bəhs edirik.

Картинки по запросу exercise worst mistake

Əzələləri isidən hərəkətlərlə başlamaq

İdmana başlamazdan əvvəl mütləq əzələləri isidən hərəkətlər etmək lazımdır.  Bunun üçün bir az qaçmaq, pedal çevirmək kimi hərəkətlər uyğundur. İdmandan əvvəl bir az tərləmək qan axınını sürətləndirir, idmanı daha rahat etməyə kömək edir və ən əsası əzələlərinizin zərər görməsinə mane olur.

Soyumadan idmanı bitirmək

Necə ki, idmana başlamazdan əvvəl isinmək vacibdirsə, idman bitəndə də əzələləri rahatlatmaq vacibdir. Bunu da eyni hərəkətlərlə etmək olar. İdmanı duşla sonlandırmaq zərərlidir. Əvvəlcə yerimək, qaçmaq kimi hərəkətlər edib, idmanı sonlandırmaqda fayda var. Belə olduqda əzələlər rahatlayacaq və ürək ritmləri normala dönəcək.

Düzgün texnikanı öyrənmək

İnsanlar, adətən, idmandan sonra bel, kürək, çiyin ağrısından şikayətlənirlər. Necə idman etməyinizdən aslı olmayaraq, düzgün məşqçi və düzgün texnika ilə idman etmək vacibdir. Düzgün olmayan texnika əzələ yaralanmasına gətirib çıxara bilər.

Su içmək üçün çox susamağı gözləmək

İdman zamanı su içmək üçün susamağı gözləmənizə gərək yoxdur. Çünki siz hiss etməsəniz də, əslində çox su itirirsiniz. Buna görə də, idmana başlamazdan əvvəl, idman vaxtı və sonra bol su için.

İki fərqli hərəkət arasında çox fasilə vermək

Necə ki, bir hərəkətdən digərinə sürətli keçiş zəzərlidirsə, çox fasilə vermək də, bir o qədər zərərlidir. Çox gözləmək əzələlərin soyumasına, əzələ yırtıqlarına və zədələnməsinə yol aça bilər. Adətən, iki set arasında 30 saniyə gözləmək daha uyğundur.

Həddən artıq ağır qaldırmaq

Əzələlərinizi qorumaq və yaralamamaq üçün uyğun ağırlığı tapmalısınız. 10-15 dəfə təkrar edərək qaldıra biləcəyiniz ağırlıq sizə uyğun ağırlıqdır.

Co-writer Nuranə Novruz

Leave a Response

Top Reviews