Sağlamlıq

Süd içməyin 7 əsas faydası

Woman With Glass of Milk
177Baxış

Mütəxəssislər süd içməyin orqanizm üçün həddən artıq faydalı olduğunu qeyd edirlər. Süd tərkibindəki zülal və bir çox minerallarla zəngindir. Süd içməyin 7 əsas faydası var.

1.Süd beyin üçün ən vacib qidadır. Tərkibindəki yod, dəmir, sink, fol turşusu, B12, B6, E və A vitaminlərilə zəngin olduğundan beynin inkişafına çox yaxşı təsir edir.

2. Sümükləri möhkəmləndirir. Çünki kalsiumla zəngindir. Xüsusilə uşaqlar və gənclərin sağlam sümüklərinin olmasına xeyirlidir. Süd içməsəniz orqanizmdə olan kalsium bədən tərəfindən istifadə olunur və bu da kalsium itkisinə səbəb olur. Ona görə də süd içmək lazımdır.

3. Ürək xəstəlikləri riskini azaldır. Südün tərkibində qan təzyiqini salan zülal, kalsium, fosfor kimi vacib minerallar var. O bu xüsusiyyətilə təzyiqi balansda saxlayır.

4. Qripə qarşı qoruyucu qalxandır.

5. Sağlam yuxunun açarıdır. Süddəki melatonin triptofan, B12, B6 vitamini yuxunun  keyfiyyətini artırır.

6. Mineral və su itkisinin qarşısını alır. İdmandan sonra süd içmək itirilən mineralları və suyu bərpa edir.

7. Çəki atmağa kömək edir. Aşağı kalorili, az yağlı südü gün ərzində 2 stəkan qəbul etdikdə pəhriz zamanı, yağ yandırmağa kömək olur. Çünki tərkibindəki kalsium orqanizmdəki yağlanmanı azaldır.

Co-writer Nuranə Novruz

 

 

Leave a Response

Top Reviews