Pəhriz

Rəngli sağlamlıq

69Baxış

Qidalanma vərdişlərimiz sosial media həyatımıza, sağlamlığımıza,  xoşbəxtliyimizə təsir edir. Pəhrizinizə rəngli meyvə-tərəvəz əlavə edərək sağlıqlı həyata “hə” deməyə hazır olarsınız. Bu cavabınızı tezləşdirmək üçün sizə faydalı, tez təsir edən meyvə-tərəvəzləri seçdik.

Картинки по запросу Colorful healthy food

Ananas: C vitamini yüksək bir meyvədir. Tərkibindəki liflər sayəsində pəhriz proqramlarının demək olar ki, hamısında yer alır. Qəbizliklə yanaşı, dırnaq, dəri və saç sağlamlığı üçün də faydalıdır.

Brokoli: Kükürd, potasium və selenium ilə zəngin pəhriz lifi, B1 ilə C vitaminləri başda olmaqla bir çox vitamini özündə birləşdirir. Kələmkimilərin ən yaxşı təsirə malik üzvüdür. Xərçəngin düşmənidir. Dərini qoruyur, gözəlləşdirir. Toxluq hissi verərək arıqlamanıza yardımçı olur.

Yemişan: Sakitləşdirici təsirə malikdir. Təzə olaraq yeyildikdə qanı təmizləyir. Xərçəngə qarşı təsirə malidkir. Ağız içi yaralarına yaxşı təsir edir, ürəyi qoruyur. Qəbizlik, mədədəki bulantıları aradan qaldırır. Araşdırmalara görə, gündə bir kasa yemişan yemək, yaşlandıqca ortaya çıxan yaddaş probleminin qarşısını alır.

Tünd yaşıl yarpaqlı tərəvəzlər: Qanı təmizləyir, həzm sistemini balanslaşdırır. Depresiyadan çıxmağa kömək edir, enerji verir. İmmuniteti gücləndirir, sink, dəmir və A, C, E, K kimi vitaminlə bədəni depolayır.

Çiyələk: C vitaminilə zəngindir. Gündə 8-10 dənə yeyildikdə,  gündəlik C vitamininizin 1,5 hissəsini təmin etmiş olarsınız. Dəri quruluğuna və qırışlara yaxşı təsir edir. Lifli tərkibilə uzun müddət toxluq hissi verir.

Co-writer Nuranə Novruz

Leave a Response

Top Reviews