Psixologiya

Qısqanclıq üzərində qələbə qazanmağın yolları

84Baxış

Gənc-yaşlı, qadın-kişi – hamı həyatında ən az bir dəfə də olsa qısqanır. Aşiq olunan insanın başqasına diqqət ayırması, şübhəli hərəkətlər, aldatma kimi hallar qısananın və qısqanılanın həyatını cəhənnəmə çevirir. Bəs bu hiss ilə necə mübarizə aparmalı və qalib gəlmək olar?

Картинки по запросу jealousy in relationships

Hərdən qısqanmaq bir münasibəti canlı saxlamaq üçün yaxşı ipucudur. Amma ki, o qısqanclıq həddini aşanda ortada bəzən münasibət də qalmır. Hamının da qısqanma səbəbləri və hiss etdikləri fərqlidir. Qısqanan  insan bir çox duyğunu eyni anda yaşayır, ağlından min cür fikir keçir və davamlı olaraq da fərqli davranış forması nümayiş etdirir.

Duyğular: acı, hirs, kin, üzüntü, həsəd, kədər, alçaldılma.

Düşüncələr: günahlandırma, özünü rəqiblə müqayisə etmək, özünə yazığı gəlmə, imicinin düşməsindən qorxma.

Davranışlar: özünü tükənmiş hiss etmək, titrəmək və tərləmək, davamlı olaraq sorğu-sual etmək, şiddət, qarşındakından mütəmadi olaraq güvən istəmək.

Qısqanclıq sindromları hiss  etdiyinizdə tərəf müqabilinizin sizi sevdiyini, sizə bağlı olduğunu və sizə hörmət etdiyini xatırlayın. Sevilməyə layiq, xoş bir insan olduğunuzu və pis heç bir şeyin olmadığını özünüzə söyləyin.

Hadisələrə fərqli yanaşın. Qısqanclığın sevgi məhsulu olduğunu anlayın, özünüzü müdafiə etməkdənsə, onu anlamaya çalışın. Öz hərəkətlərinizi gözdən keçirin. Hansısa hərəkətinizin tərəf müqabiliniz tərəfindən qısqanılmağa səbəb olduğunu bilirsinizsə, o hərəkətinizi aradan qaldırın. Onun sizə güvənməsinə şərait yaradın və tez-tez onu sevdiyinizi deyin. Verdiyiniz sözləri yerinə yetirin. Gələcək xəyallarınız barədə birlikdə danışın.

Bütün bunların nəticə vermədiyini görürsünüzə, o zaman psixoloqa gedib, məsləhətlər alın.

Nuranə Novruz

Leave a Response

Top Reviews