Pəhriz

Qan qrupuna görə qidalanma

123Baxış

Qan qrupu təkcə xarakterə deyil, həm də, qidalanmaya da təsir göstərir. Ona görə diyetoloqlar pəhriz proqramı tətbiq edərkən qan qrupunu da əsas götürürlər. Bəs qan qrupuna görə necə qidalanmalısınız, bilirsiniz?

I qrupu – bu qrupa aid olan insanları həkimlər ovçu adlandırırlar. Onlar asanlıqla arıqlaya bilirlər. Təbii ki, pəhrizlə yanaşı fiziki hərəkət də böyük rol oynayır. 1-ci qan qrupuna aid olan insanlarda həzm prosesi yaxşı getsə də, yeməklərdə kəskin dəyişiklik onlara pis təsir edir. Brokkoli kələmi, ispanaq, qırmızı soğan, qırmızı bibər, ağ kələm, qabaq, cəfəri, kəvər, zeytun, bostan kələmi, mal əti, quzu əti, dana əti, balıq və dəniz məhsulları, yodlaşdırılmış duz və qaraciyər bu qan qrupunun insanları üçün idealdır. Un məmulatları, süd, mərci, yerfındığı yağı, lobya, brüssel kələmi, gül kələmi və şampinyondan uzaq durmalıdırlar.

II qrup – bu qan qrupundan olanlar vegetarianlar adlandırılırlar. Pəhrizləri əsasən tərəvəzlər və meyvələrlə olmalıdır. Balıq, tərəvəz (şampinyon, kələm və badımcandan başqa), meyvələr (banan, naringi və yemişdən başqa) yeməlidirlər. Ət, pendir, ağ undan hazırlanmış çörək isə arzuolunmaz qidalardır.

III qrup – bu qan qrupuna sahib olan insanların həzm prosesində heç bir problem olmadığından asanlıqla hər bir dəyişikliyə uyğunlaşırlar. Süd məhsullarına üstünlük vermələri məsləhət görülür. Kök, brüssel kələmi, gül kələmi, qırmızı bibər, şəkər çuğunduru, badımcan, quş əti, qaraciyər, dəniz və süd məhsulları rasionlarında həmişə olmalıdır. Toyuq əti, qoz, mərci, qabaq, zeytun, kokos, buğda unundan hazırlanmış məhsullara isə üstünlük verməməlidirlər.

IV qrup – bu qan qrupu insanlarının həzm sistemləri olduqca həssasdır. Daha çox tərəvəzli pəhriz məsləhət görülür. Lobya, yaşıl tərəvəzlər, quş əti, yoqurt, pendir, makaron, balıq, ananası sevirlər. Donuz əti, kərə yağı, süd, qırmızı bibər, turp, banan, armud, buğda unundan hazırlanmış məhsullar isə düşmənləridir.

 

Co-writer Nuranə Novruz

Leave a Response

Top Reviews