Pəhriz

Pəhrizinizin səhv olduğunu göstərən 3 vacib işarə

118Baxış

Pəhriz saxlamaq sizə bütün ömrünüz boyu düzgün qidalanma vərdişi qazandırmalıdır. Əgər saxladığınız pəhriz sizə əziyyət verir və ailəniz, dostlarınızla bir süfrəyə əyləşə bilmirsinizsə, pəhriz proqramınızı gözdən keçirməyinizdə fayda var. Pəhriz saxlayarkən nələrə diqqət etməliisniz? Bu yazımızda pəhrizinizin səhv olduğunu göstərən 3 vacib məsələni araşdırmışıq.

Картинки по запросу wrong diet

Mədəniz guruldayır və tez-tez acırsınızsa

Pəhriz saxlamaq asan deyil, amma bu, pəhriz saxlayarakən əzab-əziyyət çəkməli olduğunuz anlamına da gəlmir. Əgər həddən artıq aclıq hissi keçirir və davamlı guruldayan mədə ilə gəzirsinizə güman ki, yetərincə kalori almırsınız və ya haradansa səhv kalori alırsınız.

Sağlam bir pəhriz proqramı və qidalanma üçün bol lifli, kalorisi az, amma zəngin və doyurucu qidalar qəbul etməyiniz lazımdır. Sizin üçün pəhriz saxlamaq ac qalmaq mənasına gəlirsə, deməli, düzgün pəhriz proqramı tətbiq etmirsiniz.

Həzm problemləri 

Əgər həzm sisteminizlə bağlı problemləriniz olursa, bu da səhv pəhrizin xəbərçisidir. Düzgün pəhriz proqramı ilə qəbzlik və ishal problemləri yaşamarsınız. Yenə də qidalanma da lifli qidalara üstünlük verin. Qadınlar hər gün ən az 25 qr, kişilər isə 38 qr lif qəbul etməlidirlər. Misal üçün, qəhvəyi düyü, tam buğdalı çörək, qoz bu qidalar arasında ola bilər.

Saçlarınız və dərinizdə problemlər varsa

Saçlarınız əvvəlki kimi uzanmırsa, tökülür, tez qırılırsa mütləq ki, B12 vitamininin və faydalı yağların askikliyindəndir. Dərinizdə də yaşlanma işarlərinə rast gəlirsinizsə, pəhriziniz səhvdir. Sağlam və gənc görünmək üçün antioksidantlar, A, C, E və D vitaminlərilə zəngin qidalar qəbul etməlisiniz.

Co-writer Nuranə Novruz

Leave a Response

Top Reviews