Gözəllik

Parlaq baxışların sirri

50Baxış

Dumanlı gözlər şəhvətli baxışlar vəd edir. Amma dumanlı makiyaj edəcəm deyə, qara rəngə üstünlük vermək, gözlərinizi olduğundan da kiçik göstərəcək. Buna görə də, işığı yansıdan metalik rənglərlə cəlbedici makiyaj etmək, gözlərinizi daha iri və parlaq göstrəcək. Parlaq baxışların sirrini də biz sizinlə bölüşürük.

  1. Qəhvəyi mis vurğulu göz tenini qaşlarınızın altından etibarən bütün göz qapağınıza çəkin. Bu rəng həm qızartını, həm də ləkələri örtür.
  2. Gözlərinizi yumub barmağınızla uc hissədən dartaraq yalnız üst kiprik dibinə şokolad qəhvəyisi çalarında göz qələmini gözün ortasından uca doğru tətbiq edin. Beləliklə, gözləriniz daha iri görünəcək. Bu proses kiprik diblərinə nə qədər yaxın tətbiq olunursa, bir o qədər uğurlu alınar.
  3. Metalik gümüş göz kölgəsini göz qapaqlarınızın iç hissəsinə V bölgəsinə çəkin. Beləliklə, bu,  burnunuzun səbəb olduğu kölgəni aradan qaldıraraq, gözlərinizi daha parlaq göstərəcək.
  4. Alt və üst kiprik diblərinə nyud çalarda, kremsi göz qələmi tətbiq edin. Bu proses gözünüzün ağını ön plana çıxarıb, onun daha böyük görünməsinə səbəb olacaq.
  5. Gözlərinizə maskaranı tətbiq edərkən əvvəlcə kipriklərinizə dik çəkməyə başlayın. Bu kipriklərinizin güclü təsirə malik olmasını önə çıxaracaq. Sonra maskara fırçanızı çevirərək, onu normal halda içtən çölə doğru tətbiq edin. Bununla da, gözlərinizin necə böyük olduğunu görüb heyrətə gələcəksiniz.

Co-writer Nuranə Novruz

Leave a Response

Top Reviews