Psixologiya

Münasibətlərdə güvənsizliyin səbəbləri

67Baxış

İstənilən münasibətin təməlində güvən dayanır. Lakin çox vaxt yaşanan problemlər, münasibətlərə güvənsizlik toxumları səpər. Bəs bu güvənsizlik hissinin səbəbləri nələrdir? Cavabı yazının davamındadır.

İtirmə qorxusu üzündən yalan danışma

Bəzən tərəflər bitmiş münasibətlərini və ona aid detalları bir-birilərindən gizlədirlər. Gizlədilən bu bitən münasibət gec-tez üzə çıxdığında, tərəflərin birində şübhə, güvənsizlik hissi yaradır. Buna görə də münasibətlərdə güvən hissini saxlamaq üçün bir-birinizə qarşı dürüst olmalısınız.

Keçmişdə aldadılma 

Aldadılan tərəf haqlı olaraq partnyoruna qarşı güvənsizlik hiss etdirir. Bəs bu halı ortadan qaldırmaq üçün nə etmək lazımdır? Əvvəlcə tərəf müqabilinizə aldadılmadığına əminlik hissini aşılamalısınız.

Özgüvəni itirmək

Özünü yetərsiz hiss edən biri, partnyoruna yetməyəcəyini, onun mütləq onu aldadacağını düşünür. Əgər belə bir hissiniz varsa, əvvəlcə bu hissi dəf edin. Daha sonra yetərsiz olduğunuzu düşündüyünüz tərəflərinizi gözdən keçirin. Əgər bunu həll edə bilmirsinizsə, mütləq mütəxəssis köməyi alın.

Co-writer Nuranə Novruz

Leave a Response

Top Reviews