Psixologiya

Münasibətə başlayanda qadınların etdiyi 5 səhv

1.65KBaxış

Gözəl münasibətə başlamaq təbii ki, xoşdur. Amma sevgidənmi, yoxsa münasibətin yeniliyinin verdiyi həyəcandanmı qadınların bəziləri münasibətin əvvəlində səhvlər etməyə başlayırlar. Adətən bu səhvlər elə münasibəti bitirən, əks cinsi özündən soyudan səhvlər olur. Daha çox buraxılan 5 səhvin üzərində fokuslandıq ki, siz də bu səhvləri etməyəsiniz.

Картинки по запросу women do wrongs beginners in relationship

Kişilərə qulaq asmayın

Əgər kimsə sizə onun haqqında pis, eqoist, qızbaz, ciddi münasibətdən qorxan, əsəbi kimi ifadələr işlədirsə, o insana inanın. Çünki kişilər, adətən, münasibətə yeni başlayanda özləri haqqında müəyyən doğruları gizlədirlər. Ta ki, sizi əldə edənə qədər. Düzdür, instinkt olaraq siz sevdiyiniz insanı sizə pisləyən adama qarşı müdafiə edəcəksiniz. Amma içinizdə ona inanın. Yox, əksinə elə ilk başlarda münasibətdə olacağınız adam sizə doğruları deyirsə, onunla münsabiətə başlamaq olar.

Kişini fəth etməyə çalışın

Əgər sizi onu maraqlandırmırsınızsa, onun diqqətini özünüzə yönəltmək üçün dəridən-qabıqdan çıxmağa dəyməz. Ona görə özünüzü, həyatınızı dəyişməyə də çalışmayın. Siz məyus olacaqsınız. Ən yaxşısı onu fəth etmək üçün özünüz olun.

Özünüzü düzəldin

Özünüzü onun sevdiyi şeyləri sevməyə məcbur etməyin. Özünün sevdiyi şeyləri sizin də sevməyinizi məcbur istəyən kişilər təhlükəli olurlar. Sizi dəyişməyə çalışan insan sizi sevməyəndir. Sizi sevən biri əsla beleə etməz.

Böyüməmiş və etibarsız olmaq

Kişiləriniz üçün problem sizin ondan daha yüksəkdə olmağınız, daha güclü, daha yaxşı iş və ya təhsilinizin olmasıdır ki, bu onda özünə qarşı inamsızlıq yaradır. Siz bu halı aradan qaldırmaq üçün onun onun kimi olmağa, öz həyat tərzinizdən imtina etməyə çalışarsınız. Amma bir müddət sonra o, bu hərəkətinizi qınayacaq, tez-tez bunu sizə qarşı istifadə edəcək.

Dostlara və ailəyə qulaq asmayın

Seçiminiz yaxınlarınızı yaxşı mənada təəcüübləndirmirsə, problem sizdədir. Yəqin ki, hisslər gözlərinizi kor edib və onların gördüklərini siz görmürsünüz.

Bütün bu punktlardakı səhvləri demək olar ki, qadınların çoxu ilk başlarda edirlər. Seçdikləri insanı tanımadan onun dediklərini edir, istəklərini yerinə yetirir, öz həyatından, işindən imtina edir, yaxınlarını dinləmir və sonda da məyus olan elə qadınlar olurlar.

 

Leave a Response

Top Reviews