Gözəllik

Mensturasiya dönəmində dəridə nə baş verir?

100Baxış

Məlumdur ki, hormonlar əhvalımıza həddən artıq təsir edir. Bəs dərimizə necə? Bunun üçün sizə kiçik bir yazı hazırlamışıq.

Mensturasiya
1-5 gün
Standart olaraq mensturasiya dövrü 28 gündə bir dəfə təkrarlanır. Bu dönəmdə hormon səviyyəsi düşür, ostrogen, testosteron və progesteron ən aşağı göstəricidə olur. Və dəridə yaranan həssaslıq, qızarıqlıq prostaglandinin (orqanizmdə hormona bənzər funksiyası var, iltihablanmanı artıra bilir) səviyyəsinin yüksəlməsilə bağlıdır. Bunun üçün dərini sakitləşdirəcək, zədələməyəcək yağ əsaslı məhsullar və nəmləndiricilər istifadə etməkdə fayda var.

Folikulyar mərhələ
6-12 gün
Düşük olan hormon səviyyələrinin (xüsusilə ostrogen) yüksəldiyi dönəmdəyik. Yumurtalıqlarda yenidən folikullar yetişməyə başlayır. Hormonların azca aktib hala gəldiyi bu dönəmdə dəridəki qızartılar, həssaslıq və reaksiyalar azalır. Bu da daha aktiv dəri qulluğuna keçə biləcəyinizə işarə edir. Dərinizə təmizləyici maskalar edə bilər, sonra kolagen dəstəyi verən serum istifadə edə bilərsiniz.

Ovulyasiya
13-15 gün
Orqanizmin yumurtalamağa hazırlaşdığı bu dönəmdə ostrogen və testosteronum səviyyələri yüksəlməyə davam edir. Bu dönəm dərinin ən parlaq və sağlam göründüyü vaxtdır deyə bilərik. Hormonların istehsalı artdıqca, dəri olduqca nəmli görünür. Mensturasiya dönəminizin bu mərhələsində məsamələri təmizləyəcək pilinq təsiri verən məhsullar istifadə edin.

LUTEAL mərhələ
16-28 gün
Yumurtalama sonrası, mensturasiyadan əvvəlki bu dönəm, bütün mərhələlərin ən uzun müddətlisidir. Luteal mərhələdə ostrogen azalmağa başlar, progesteronda isə artma baş verər. Bu dönəmdə məsamələri həddən artıq təmiz saxlamaq, həssas dərilərə xüsusi pilinq təmizləyicilər tətbiq etmək mütləqdir.

Leave a Response

Top Reviews