İdman

İdman ayaqqabısı seçərkən nələrə diqqət etmək lazımdır?

190Baxış

Sağlam həyat üçün idman etmək əsas şərtdir. İdman edərkən geyimlərimizi düzgün seçmək də əsas şərtlərdən biridir. Ən vacibisə idman ayaqqabılarıdır. Bəs görəsən idman ayaqqabılarını nəyə əsasən seçmək lazımdır?

Doğru spor ayakkabısı nasıl seçilir?

Əvvəla seçdiyiniz ayaqqabı ayağınızı tam olaraq örtməlidir, nə bol, nə də dar olmalıdır. Ayaq biləyi olan hissə mümkünsə uzun olmalı və biləyinizi rahat hiss etdirməlidir. Ayaqqabının burun hissəsi geniş olmalı, barmaqların hərəkət etməsinə şərait yaratmalıdır. Mükəmməl idman ayaqqabısının dabanı ayağa yaxşı oturmalı, topuq hissə yumşaq və qalın olmalıdır. Daban hissə ayağın altında olan ön və yan əyrilikləri dəstəkləməlidir. Ayaqqabı ayağı yanlardan yaxşı örtməlidir ki, yıxılma və burxulmalarda onu qorusun.

İdmanın növünə və ayaq formanıza görə “air” və “gel” kimi yastıqların olduğu ayaqqabılar seçməlisiniz. Tenis oynayarkən barmaq uclarının təsir altına düşməsinə görə yan hissə, basketbolda isə tullanma hərəkəti olduğundan topuq və daban dəstək almalıdır. Qaçarkən idman ayaqqabınız elastik olmalı, topuq və dabanda hava yastığı olmalıdır. Futbolda sərt, ayağı çırpma və vurmalara qarşı qoruyan, çəmənlik sahədə ayaq batmasına qarşı yüksəklik balansı qorunan ayaqqabı seçməlisiniz. Buna görə də, qaçışda istifadə etdiyiniz ayaqqabının futbolda geyinilməsi düzgün deyil. İdman zalı üçün isə daban və kənar hissələri sərt, burun hissə elastik olan ayaqqabı geyinməyiniz uyğundur.

Co-writer Nuranə Novruz

Leave a Response

Top Reviews