Hamiləlik və Uşaq

Hamiləliyin 13-cü həftəsi

106Baxış

Hamiləliyin 13-cü həftəsi ikinci trimesterin başlanması deməkdir.

Uşaqda baş verən dəyişikliklər 

Uşağın baş-çanaq məsafəsi 6-7 sm-ə çatır, çəkisi 25-30 qramdır. İndiyənə qədər bağırsaqlar qarnın xaricində inkişaf edirdisə, indi artıq qarnın daxilində öz yerini alıb. Daxili orqanlar hələ də, inkişafdadır. Uşağın qaraciyərində safra kisəsi və insülinin istehsalı bu həftədən inkişafa başlayır. 13-cü həftədə həmçinin USM-də baxıldıqda uşağın əl-qol və ayaq hərəkətlərini rahat görmək mümkündür.

Ana namizədində baş verən dəyişikliklər 

İlk vaxtlarda olan bulantı və qusma halları 13-cü həfyədə nəhayət ki, azalır. Yenə də, azalıb-artan hormonlara görə emosionallıq, unutqanlıq kimi hallar davam edir. Bu həftədə problemlərin azalması ilə yanaşı, bəzi analarda cinsi istək də ola bilər. Belə halların baş verməsi çox normaldır. Əgər uşağın həyatına fəsad yetirəcək hal yoxdursa, həkimlər hamiləlikdə cinsi əlaqənin olmasını məqbul hesab edirlər.

Məhz bu dönəmdə artıq bədəndə çatlaqlar yaranmağa başlayır. Bunun qarşısını almaq üçün bol su içmək, gəzmək, uyğun idman hərəkətləri etmək, qidalanmağa diqqət etmək və lazım olan təbii yağlardan istifadə etmək mütləqdir.

Çəki artımını da nəzarətdə saxlamaq üçün su, idman, gəzmək, antioksidantla zəngin qidalar qəbul etməkdə fayda var. Dəmirlə zəngin qidaların qəbuluna xüsusi diqqət yetirmək lazımdır. Qırmızı ət, balıq, ciyər, qırmızı lobya dəmirlə zəngindir. Qaz və köp yaradan qidalardan uzaq durmalısınız. Gün ərzində 71 qr zülal qəbul etməlisiniz ki, bunu da, ət, yumurta, süd məhsulları kimi qidalardan mənimsəyə bilərsiniz.

Co-writer Nuranə Novruz

 

 

 

Leave a Response

Top Reviews