Hamiləlik və Uşaq

Hamiləlikdə mədə bulantısının səbəbləri

126Baxış

Yəqin ki, uşağınız olacağını öyrəndiyiniz gündən bəri yaşadığınız ən böyük problemlərdən biri bulantı hissidir. Hamilələrdə mədə bulantısı olur. Bəs bu mədə bulantısının səbəbi nələrdir? Bununla bağlı bir çox fikirlər var. Biz isə sizə bu hissi yaşamağınıza səbəb olacaq 5 ən real səbəbləri təqdim edirik.

Hormon balansı

Hamilə qaldığınız vaxtdan orqanizminizdə normadan artıq hala gələn progesteron hormonu mədə bulantıların səbəb ola bilir.

Həssaslıq

Hamiləlikdən əvvəl və sonra bulantı, qusma kimi şikayətləriniz varsa, hamiləlik zamanı siz bulantıya səbəb olacaq faktorlara daha tez reaksiya verirsiniz.

Yorğunluq

Yorğunluq, stress və lazımi qədər qidalanmamaq hamilələrdə mədə bulantısı yaradır.

İlk hamiləlik

Əgər ilk hamiləliyinizsə və orqanizminiz bu halı ilk dəfə yaşayırsa, buna uyğunlaşmağa çalışırsa mədə bulantısı və qusma ehtimalını artırır.

Əkiz və ya üçəm hamiləlik

Əkiz və ya üçəm uşağa hamiləsinizsə, bu da mədə bulantılarına səbəb ola bilir.

Co-writer Nuranə Novruz

Leave a Response

Top Reviews