Hamiləlik və Uşaq

Hamiləlik dönəmində yaranan çatların həlli

96Baxış

Hamiləlik dövründə bədəndə baş verən və qaçınılmaz dəyişikliklərdən biri dərinin dartılması ilə yaranan çatlardır. Bu çatların isə aradan qaldırılmasında bizim məsləhətlərə əməl edə bilərsiniz.

Balanslı qidalanmaq

Təkcə hamiləlikdə deyil, hər zaman balanslı qidalanmaq lazımdır. Amma məhz hamiləlik dövründə balanslı qidalanmaq çəki artımının və çatlaqların qarşısını alır.

Pilinq mütləqdir!

Hamiləlikdə çatların qarşısını almaqda pilinq də yaxşı üsuldur. Əsasən meyvə turşuları tərkibli məhsullar effektivdir. Amma çatlaq və dəri növünüzü nəzərə almaq lazımdır. Lakin bu üsul əmizdirmə vaxtı məsləhətli deyil.

Dərinizi mütəmadi olaraq nəmli saxlayın

Dərinizi hər zaman nəmli saxlamaqda fayda var. Hamiləlikdə isə bu daha vacibdir. Əsasən, qarın, bel və qıç hissənizi nəmləndirməyə diqqət edin. Bədən losionları, müxtəlif yağlar və kremlər istifadə etmək yaxşı təsir edir.

Co-writer Nuranə Novruz

 

Leave a Response

Top Reviews