Gözəllik

Günahkar zövqlər

797Baxış

Şokolad, qəhvə, yuxu… Zamanla uzaq durduğumuz və mənfi qəbul edilən bu zövqlərimizin dərimizə dost olduğunuzu bilirdiniz?

Картинки по запросу  woman eating sweet in bed

Şokolad

Araşdırmalara görə, şirin qidalar yaşlanmağın sürətini azaldır. Şüdlü şokoladlar antioksidantla zəngin olduğundan dəərinin UV qoruma qalxanını zəiflədən sərbəst radikalları neytrallaşdırır. Bunun üçün də, həftədə 1-2 dəfə kakao tərkibli maska istifadə etməyinizdə fayda var. Maskanın tərkibindəki antioksidantlar dərini qidalandırır, davamlı istifadə edildikdə isə nazik qırışların, xətlərin görünməsini azaldır.

Qırmızı şərab

Gündə bir qədəh qırmızı şərab qırışların qarşısını ala bilərmi? Dermatoloqların fikrinə görə, bu, mümkündür. Qırmızı şərab antioksidant baxımından çox zəngin olan resveratrolu özündə birləşdirir. Bu da dəridəki iltihabı azaltmağa kömək edərkən, kolagen istehsalını da dəstəkləyir. Bir sözlə, qırmızı şərab içməklə çox daha aydın dəriyə sahib olmaq olar.

Əlavə yuxu

Gözəllik yuxusu mif deyil. Dəri istirahət etməyə başlayanda, dəri də özünü çox yaxşı şəkildə bərpa etməyə başlayır. Yetərsiz yuxu dəridəki kortizol hormonunun səviyyəsinin artmasına səbəb olur ki, bu da, sızanaq yaranmasına gətirib çıxarır. Yuxuya tez getmək və rahat yatmaq dəriyə bonus qazandırır. Bu bonusu qazanmağa sizə kömək edəcək melatonin tərkibli spreydən hər gecə yatmazdan öncə istifadə etməlisiniz.

Qəhvə

Hər səhər içilən qəhvə dəri xərçənginin yaranması riskini azaldır. Qəhvə kafein və polifenol tərkibli olduğu üçün zərərli günəş şüalarının səbəb ola biləcəyi ciddi problemlərə qarşı dərini qoruyur. Amma yenə də özünüzə limit qoyun və gündə 3 fincan qəhvə limitini keçməyin. Orqanizmi susuz qoymamaq üçün qəhvə ilə birlikdə su da için. Aydın, parlaq dəri üçün kafein tərkibli rəngli nəmləndiricilərdən istifadə edə bilərsiniz.

Co-writer Nuranə Novruz

Leave a Response

Top Reviews