Gözəllik

Estetik müdaxilələr üçün uyğun yaşlar

117Baxış

Günümüzdə estetik dəyişikliklər etdirmək üçün yaş həddi getdikcə azalır. Mütəxəssis tərəfindən edilməyən estetik müdaxilələr bir çox problemlərin yaranmasına gətirə bilir. Bunun üçün də estetik əməliyyatlar, estetik müdaxilələr üçün hansı yaşların doğru olduğunu bilməkdə fayda var.

Картинки по запросу esthetic beauty

Yaşlanmağın qarşısını alan proseslər

Dəri müəyyən müddət sonra əvvəlki gərginliyini itirir. Bunun qarşısını almaq olmur. Çünki 60 yaşında oqranizmimiz 20 yaşındakı kimi, kolagen sintez etmir. Lakin düzgün qidalanma, sosial həyatdakı bəzi rutinlər (idman, balanslı yuxu) yaşanlanmanı nəzarətdə saxlayaraq, onun gecikməsinə səbəb olur. Üzdə yerləşən mimiki əzələlər, xüsusilə, göz ətrafı və alındakı xətlərin təsiri olan əzələlərdir. Botoks ilə bu əzələlərin istifadəsi azaldılarsa, qırışların yaranmasının qarşısı alınmış olar. Bununla yanaşı, dərinin qidalanmasını təmin edən, dərini canlandıran, kolagen sintezini artıran proseslər yaşlanmanın qarşısını ala bilir.

Yaşlanmağın qarşısını alan müdaxilələri hansı yaşda etmək lazımdır?

Əslində, bu tamamilə ehtiyaca bağlıdır. Yəni, 20 yaşında qaşlarını çox təmizləyənlər botoks etdirə bilərlər. Adətən, 30-lu yaşlardan sonra xırda qırışlar göründüyündən botoksa başlamaq olar. Vitamin enjeksiyaları mütəmadi edildikləri zaman nəm balansını təmin etdikləri üçün qoruyucu təsir də göstərir. Bu vitamin enjeksiyaları təbii məhsul olduqda hansı yaşda olursa olsun botoks etdiməyin zərəri yoxdur. Fibrogel və kök hüceyrə də tətbiq edildikdə kolagen sintezini dəstəklədikləri üçün yaranan problemlər həll olur.

Yaşlanmanı gecikdirən müdaxilələrin yaxşı və pis tərəfləri

Dolğu, enjeksiya kimi müdaxilələrin mənfi təsirləri yoxdur. Bir çoxunun təsiri 6-8 aya qədər davam edər və bu müddət sonunda təkrar olunmazlarsa siz yenə də əvvəlki dərinizə geri dönərsiniz. Lakin, fibrogel, kök hüceyrə kimi müdaxilələr uzun müddət davam edir. Yəni, müalicə olunan proses olaraq qəbul edilə bilər.

Hansı yaşlarda hansı estetik müdaxilələr edilə bilər?

Əslində bu yaşda bu cərrahi müdaxilə edilə bilər deyə dəqiq bir sərhəd qoymaq yoxdur. Problemli hissə burada daha çox rol oynayır. Ağır problemlər üçün cərrahi müdaxilə ön plana çıxır. Yəni, 40 yaşlarında bir insan üst üz hissəsinə botoks, orta üz hissəsinə dolğu, yağ enjeksiyası etdirə bilər. 50 yaşından sonra isə bu müdaxilələr problemlə nəticələnə bilər. Bu halda isə üz gərmə və ya boyun gərmə kimi cərrahi müdaxilələr önə çıxır. Təbii ki, 50 yaşdan sonra əməliyyatların şərt olduğu əsas deyil.

Sinə estetik müdaxiləsi üçün hansı yaşlar uyğun?

18 yaşdan sonra sinə ilə bağlı bütün növ müdaxilələr edilə bilər. Sinə böyütmə zamanı yerləşdirilən protez heç bir şeyə mane olmur. Xəfif şürüşmələrdə toparlayıcı və sinə dikləşdirən təsirə malikdir. Sinə kiçiltmə əməliyyatları boyun və kürək ağrıları kimi sağlamlıq problemləri yaradır ki, onların həlli də estetik xaricində dəyərləndirirlir.

Co-writer Nuranə Novruz

Leave a Response

Top Reviews