Pəhriz

Ən faydalı 5 meyvə və tərəvəz

113Baxış

Meyvə-tərəvəz yemək olduqca faydalıdır. Amma hansı meyvə və tərəvəz nəyə faydalıdır, hansıları daha xeyirlidir, tez-tez qəbul edilməlidir – çoxlarımız bilmirik. Bu yazımızda sizə ən faydalı beş meyvə və tərəvəzi təqdim edirik.

Ən faydalı 5 meyvə

Картинки по запросу most healthy fruits

Qarpız: C vitamini, karotin, bol liflə zəngin və az kalorili meyvədir.

Papaya: C vitamini, karotin, bol lif və potasium qaynağıdır.

Portağal: Sadəcə suyunu içməyib, özünü də yesəniz C vitamini, folik turşusu, çoxlu lif qaynağıdır.

Qreypfrut: C vitamini, karotin, bol lifli meyvədir. Xolestrolu salır.

Ərik: Beta-karotinlə zəngin olan ərik, potasium, lif, C vitaminilə də zəngindir. Qurudulmuş ərik C vitaminini özündə birləşdirməsə də, dəmirdən boldur.

Ən faydalı 5 tərəvəz

Картинки по запросу most healthy vegetables

İspanaq: Çox yaxşı beta-karotin, C vitamini, folik turşusu, dəmir, potasium, kalsium mənbəyidir.

Kartof: Potasium, C vitamini, beta-karotin, liflə zəngindir.

Qırmızı kələm: Kalsium, lif, folik turşusu, C vitaminilə zəngindir.

Kök: Beta-karotin və lif sarıdan boldur.

Şirin qırmızı bibər: Mükəmməl C vitamini mənbəyidir.

Co-writer Nuranə Novruz

Leave a Response

Top Reviews