Sağlamlıq

Dövrümüzün xəstəliyi: Piylənmə

45Baxış

Həddən artıq köklük və ya piylənmə dövrümüzün ən təklükəli xroniki xəstəliklərindəndir. Piylənmə bədəndəki artıq yağ toplusu olaraq bilinir. Bu yazımızda sizə piylənmənin təhlükələrindən, müalicə və hansı xəstələrə piylənməni cərrahi yol ilə aradan qaldırmağın mümkünlüyündən yazırıq.

Картинки по запросу obesity

Piylənmənin təhlükələri nələrdir, nə kimi xəstəliklərə yol açır? 

Piylənmə bədənin bütün sistemlərində problem yarada bilir və mütəxəssislərin fikrincə piylınmədə əziyyət çəkənlər öz həmyaşıdlarına nisbətən 12-15 il az yaşayırlar. Piylənmə şəkər xəstəliyi, hipertəzyiq, ürək-damar xəstəlikləri, yağ metabolizmasının pozulması, yuxu problemi, cinsi pozulma, sümük problemi, tənəffüs sistemində problemlərə yol aça bilir. Bu xəstələrin xarici görünüşləri ürək açan olmadığı üçün onlar depresiyadan da əziyyət çəkirlər. Bunlardan əlavə, piylənmədən əziyyət çəkən xəstələr döş və qalın bağırsaq xərçənglərilə də mübarizə aparırlar.

Piylənmənin müalicəsi necə olmalıdır?

Piylənmənin müalicəsində pəhriz, idman, dərman və cərrahi müalicə seçimləri vardır. Əvvəlcə həyat tərzinizi dəyişməkdə fayda var. Xəstələr yaxşı qidalanmalı və bu barədə etdikləri səhvləri mütəxəssis yardımı ilə aradan qaldırmalıdırlar. İdman mütləq vərdiş halını almalıdır. Bütün bunlar effekt vermədikdə dərman müalicəsi və cərrahi müdaxilə müzakirə mövzusu olur.

Əməliyyatla hər şey bitirmi?

Əməliyyatla, təbii ki, heç nə bitmir. Sadəcə əməliyyat xəstəyə böyük bir şans verir. Xəstə mütləq yoxlamalarını davamlı etməli, məsləhətlərə əməl etməli, yeni bir həyat tərzi formalaşdırmalıdır. Vitamin və mineral qəbulunu unutmamalıdır. Pəhriz və idman rutin halını almalıdır.

Co-writer Nuranə Novruz

Leave a Response

Top Reviews