İdman

Dörd dəqiqədə 100 kalori yandıran 5 möcüzəvi fitnes hərəkəti

82Baxış

4 dəqiqədə 100 kalori yandıra biləcəyinizi desək, idmana başlayarsınız? Əgər cavabınız “hə”dirsə, o zaman sizə hər gün 4 dəqiqənizi alacaq 5 fitnes hərəkətini təqdim edirik.

Squat: Çəki atmaq üçün idman edirsinizsə squatsız idman planından söhbət belə gedə bilməz. 4 dəqiqəlik planınızın 1 dəqiqəsini squata ayırmağınız mütləqdir!

Şınav: Squat qədər çətin hərəkətdir. Lakin gözünüz qorxmasın. Bu hərəkətə 30 saniyə ayırmağınız kifayətdir.

Sanki dağa çıxırsınız: Dağa dırmanmaq hərəkəti son illər idman proqramlarında əvəzolunmaz hərəkətlərdəndir. 30 saniyə vaxtınızı alacaq bu hərəkət sizə həm bərk ayaqlar, həm də bərk çanaq hədiyyə edəcək.

Lunge ilə rahatlayın: İlk üç hərəkət çətin olsa da, artıq rahatladıcı hərəkətlərin növbəsidir. 60 saniyəlik lunge hərəkətlərilə nəfəs ala bilərsiniz.

Bir az da əylənin: Sadəcə tullanın. Tullanma hərəkəti ən yaxşı və əyləncəli kalori yandıran hərəkətlərdəndir. 45 saniyə bu hərəkət üçün bəsdir.

Co-writer Nuranə Novruz

 

Leave a Response

Top Reviews