Gözəllik

Dərinizi yaza hazırlayın

76Baxış

Yaz gəlincə dərimiz o mövsümə uyğunlaşmalıdır. Qışda quruyub, gərginləşən dərimiz günəşin çıxması ilə yumşalmağa başlar. Yazı tərtəmiz dərilə keçirməyiniz üçün sizə 4 mərhələdən ibarət məsləhətimiz var.

Makiyaj məhsullarınızı yeniləyin

İstifadə müddəti keçmiş məhsullarınızla vidalaşın. Yaz demək, yenilik deməkdir. Bu fürsətdən istifadə edərək, makiyaj çantanıza yeni, yaz rənglərini özündə ehtiva edən məhsullar əlavə edin. Eyni zamanda makiyaj fırçalarınızı təmizləməyi də unutmayın.

Nəmləndirici və tonal kremlərinizi dəyişin

Qışda istifadə etdiyiniz ağır tonal və nəmləndirici kremlərinizi artıq daha yüngül tərkibli olanları ilə əvəzləyin. Bunun nəticəsində istinin təsirilə tonal kreminiz axmaz və freş görüntü sərgiləyər.

Günəş kremi çəkmədən çölə çıxmayın

30 və daha çox qoruma faktoruna sahib günəş kremlərindən istifadə etmədən çölə çıxmaq dəriniz üçün zərərlidir. Gün ərzində su ilə təmasda olduqdan sonra 2-3 saatdan bir kreminizi yeniləyin.

Yaz alergiyasına qarşı dərinizi qoruyun

Yazda hava polenlərin artması ilə əgər alergik bir orqanizmə sahibsinizsə, dəriniz həssaslaşa bilər. Dərinizdə qızartı, quruluq və qaşıntı yaranar. Bu problemlə mübarizə aparmaq üçün immuniteti gücləndirən qidalara üstünlük vermək, lazım gələrsə həkimə müraciət etmək lazımdır.

Co-writer Nuranə Novruz

Leave a Response

Top Reviews