Sağlamlıq

Bel, kürək və boyun ağrısına qarşı 8 məsləhət

126Baxış

Gündəlik həyatımızda bir çox insanın rastlaşdığı bel, boyun və kürək ağrıları soyuq havalarda daha da artır. Bu problemlər insanın gündəlik yaşam keyfiyyətini azaldır. Unutmayaq ki, onurğa sağlamlığını qorumaq, problemləri bilib, qarşısını almaq müalicə prosesindən vacibdir. Bu yazımızda sizə bel, kürək və boyunda yaranan problemlərlə mübarizədə təsirli olan 8 məsləhətimiz var.

Bel, sırt ve boyun ağrısına karşı 8 önlem

  1. Onurğanınızı həmişə isti saxlayın, tərlədikdən sonra soyuğa çıxmayın.
  2. Artıq çəkinizdən azad olun, hətta ideal çəkinizdə olmağa çalışın.
  3. Hərəkətsiz qalmayın, çünki hərəkətsiz yaşam tərzi onurğanızı zəiflədir.
  4. Mütəmadi olaraq idman edin. Boyun, bel, kürək və hətta mərkəz hissə, yəni, qarın əzələlərinin gücü artdıqca, onurğanızda, xüsusilə, problemli disk qapaqlarınızdakı yük azalacaq, bu da sizin üçün ən vacib dərmandır.
  5. Kondisioner qarşısında dayanmayın. Avtomobilin pəncərəsindən özünüzü küləyə verməyin.
  6. Masa arxasında uzun müddət oturmaq, onurğanız üçün ən narahat, ən pis onurğa duruşunun başında gəlir. Komputerə əyilərək baxmaqdan uzaq durun. Eyni zamanda masa arxasında oturarkən də idman hərəkətləri edin.
  7. Çalışın ergonomik, bel dəstəkli divanda əyləşəsiniz.
  8. Masa arxasınd aəyləşərkən mütləq dik oturun, bükük vəziyyətdə oturmaq və belə halda telefon, laptop və tablet istifadə etmək onurğa üçün çox zərərlidir

Co-writer Nuranə Novruz

Leave a Response

Top Reviews