İdman

Bədən tipinə görə idman

100Baxış

Hər gün hamı idman edə bilər. Amma düzgün olanı bədən tipini dəqiqləşdirib, sonra idman etməkdir. Bədən tipi mezomorf, ektomorf və ya endomorf olaraq 3 yerə bölünür. Bugün sizə bu bədən tiplərinə hansı idman növləri uyğundursa yazırıq.

Mezomorf. Həddən artıq atletik və güclüdürlər. Onlar asanlıqla əzələ toplaya və yağ depolaya bilirlər. Böyümə və testosteron hormonları çox olan bu qrupa aid insanların belləri incə, sümükləri qalın və bədəni inkişaf etdirməyə uyğun formaları var. Elastikliklərisə demək olar ki, yoxdur. Buna görə də, bir az daha artıq yağlı və kalorili qidalar qəbul etsələr, hər tərəfdən bərabər şəkildə çəki alacaqlar. Mezomorflar, adətən, ağırlıq qaldırma, addım maşını və ya qaçış bandında idman edirlər. Onlar alt, üstü bədən idmanları olmaqla, həftdə ən az 4 gün idman etməlidirlər. Həftədə 3 gün, ən az 30 dəqiqə kardiyo hərəkətləri etmələrində fayda var.

Ektomorf. Zəif və incə olan ektomorfların əksəriyyəti model görünüşündə olurlar. Əzələləri incə və bədənləri yağsız olan ektomorflar qol və qıçların uzun, çiyinlərin və budların isə dar olması ilə fərqlənirlər. Əzələ və yağ toplamaları digərlərinə görə azdır. Heç vaxt futbol və boksla peşəkar məşğul ola bilməzlər. Onların əzələləri ağırlıq çalışmasından sonra bir təhər özünə gəlir. Ona görə də, bu qrupun insanlarına az həcmli idmanlar daha uyğundur. Həftədə ən az 3 gün bütün bədən üçün idman hərəkətləri etməlidirlər. Metabolizmaları  çox sürətli olduğundan qidalanmada gündə ən azı 3500-4000 kalori almaqları lazımdır. Və zülal ehtiyacları bədən ağırlığı başına görə ən az 2 qr olmalı, karbohidratla zəngin qidalarla (makaron, tam buğdalı çörək, kəpəkli düyü) qidalanmalıdırlar.

Endomorf. Geniş və qalın silütə malikdirlər, bədənləri qum saatını xatırladır. Metabolizmaları zəifdir, həddən artıq piylənməyə meyillidirlər. Sümükləri və belləri qalın, bədən formaları yuvarlaq, adətən, iri olan endomorflar eyni zamanda tez əzələ toplaya, çox gec yağ əridə bilirlər. Adətən, belə bədən tipinə malik insanların fiqurasını armudla müqayisə edirlər. Onların ayaqları və əzələləri qısa olur. Yüksək templi idman və aktiv hərəkətlər, bədən ağırlığı daşıyan idmanlar etmək bu insanlar üzün zərərlidir. Onlar həftənin 5 günü deyil, 3 günü əzələ ağırlıqlı idman etməlidirlər. Tez piylənməyə meyilli olduqları üçün qidalanmalarına diqqət etməlidərlər. Xüsusilə, karbohidrat qəbuluna diqqət etməlidirlər. Çalışmalıdırlar ki, karbohidratlı qidaları qəbul edərkən miqdar 50 qramı keçməsin və az qlisemik indeksli qidalara üstünlük verməlidirlər. Əzələ toplamaları üçün 3000-3500 kalori qəbul etməlidirlər. Asanlıqla piyləndikləri üçün 3 gün 30 dəqiqə kardiyo etmələri uyğundur.

Co Nuranə Novruz

Leave a Response

Top Reviews