Pəhriz

Bədəni toksinlərdən təmizləyən çay

39Baxış

Aprel ayında artıq günəş üzünü göstərməyə başlayır və bahar əhvalına köklənirik. Təbii ki, qışdan qalan artıq çəkiləri, toksinləri də bədəndən atıb, yaza yaxşı görünüşdə girmək istəyirik. Bunun üçün sizə çay resepti hazırlamışıq.

Lazım olanlar 

1 litr otaq istiliyində su

1 ədəd limon

1 ədəd xiyar

10 yarpaq təzə nanə

Hazırlanması

 

Suyu su qabına əlavə edin. Xiyar və limonu istədiyiniz kimi dilimləyib, suya tökün. Sonra nanəni də əlavə edin. Gecədən səhərə qədər bu suyu ya soyuducuda, ya da otaq şəraitində saxlayın. Səhər başlayın gün ərzində içməyə.

Diqqət

Hamilələr və xroniki xəstəliyi olanlar həkimlə məsləhətləşmədən içməməlidirlər.

Co-writer Nuranə Novruz

Leave a Response

Top Reviews